“Əks halda...” - Avropa İttifaqı üçün KABUS SSENARİSİ

“Əks halda...” - Avropa İttifaqı üçün KABUS SSENARİSİ
13:58 1 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı islahatlar aparmasa, Fransa qurumu tərk edə bilər.

Publika.az xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “İrəli!” hərəkatının lideri Emmanuel Makron BBC telakanalına müsahibəsində bildirib.

O deyib ki, “Ümumavropa ideyası” və qloballaşma məsələlərində Avropa İttifaqının siyasətini bölüşür, amma Fransa əhalisinin yarısı qurumun disfunksiyasına görə narahatdır.

“Hesab edirəm ki, Avropa İttifaqı dərin islahatlarla məşğul olacaq. Əks halda, Fransa tezliklə “Freksit” ehtiyacı ilə rastlaşacaq”, - siyasətçi vurğulayıb.

Daha əvvəl isə prezident seçkilərində Makronun rəqibi, “Milli Cəbhə” Partiyasının Marin Le Pen qələbə qazanacağı halda Avropa İttifaqına üzvlük məsələsini referenduma çıxaracağını bildirib.

Qeyd edək ki, Fransada prezidentinin seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Aprelin 23-də keçirilən birinci turda Emmanuel Makron və Marin Le Pen ilk iki yeri tutaraq növbəti tura çıxıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR