Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır

Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır
14:05 1 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, uçuşları "Severnıy veter" (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.
 
Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.
 
Qeyd edə ki, hazırda Yekaterinburqun "Koltsovo" hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi "Uralskiye pelmeni" aviaşirkət yerinə yetirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR