"Sumqayıt" klubu daha bir müdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Sumqayıt" klubu daha bir müdafiəçisi ilə müqavilə müddətini uzadıb
14:07 1 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini uzadıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi daha 1 il "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.
O, Vurğun Hüseynov və Rail Məlikovun ardından yeni anlaşmaya qol çəkən üçüncü müdafiəçi olub.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən komandada olan müdafiəçi ümumilikdə 117 oyunda forma geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-klubu-daha-bir-mudafiecisi-ile-muqavile-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR