Şöbə müdiri: “Ötən il buraxılış imtahanlarında müsbət nəticə göstərənlərin sayı 17 faiz artıb”

Şöbə müdiri: “Ötən il buraxılış imtahanlarında müsbət nəticə göstərənlərin sayı 17 faiz artıb”
14:07 1 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ “Son 4 ildə mətkəblərdə keyfiyyətin davamlı müsbət dinamikası müşahidə edilib. 2012-ci illə müqayisədə ötən il buraxılış imtahanlarında müsbət nəticələr göstərənləri sayı 17 faiz artıb”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, VI sinif şagirdləri arasında aparılan tədqiqatlar nazirliyin tabeçiliyində olan lisey və gimnaziyalarda ən yüksək nəticə əldə olunduğunu deməyə əsas verir: “Bakının digər inzibatı rayonarında isə xüsusilə Pirallahı, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında nəticə orta göstəricidən az olub. Digər rayonlarda isə göstəricilər orta baldan yüksək olub”.
Şöbə müdiri qeyd edib ki, nazirliyə tabe olan məktəblərdə şagirdlərin 84%-i resursla (televizor, kompyuter, internet, əlavə kitab və s) təmin olunub: “Xəzər, Qaradağ, Sabunçu rayonunda 55% şagirdin bu resurlara çıxışı var. Əgər nazirliyin tabeçiliyində olan liseylərdə 82% uşağın anası ali təhsillidirsə, digər bölgələrdə bu göstərici daha aşağıdır. Məktəbəhazırlıqda da eyni hal müşahidə olunur. Məktəblər arasında da bu məsələ bərabər paylanmayıb”.
Onun sözlərinə görə, gələcəkdə indiki məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların 55 faizinin nəticələrini gördükdə tamamilə fərqli diaqramlar yaranacaq: "Növbəti illərdə 60, 70%, 2020-ci ildə isə bu göstərici 90% faizə çatacaq. Nəticələr haqqında danışanda səbəbləri öyrənməli və aradan qaldırmalıyıq. Nəticələrə təsir edən məsələlər mütləq qaydada araşdırılmalı, həmin amillərlə təhsil nəticələri arasında əlaqələr qurulmalıdır. Təhsil Nazirliyi də bu qərarlarını belə tədqiqatlara, elmlərə əsaslanaraq verir”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/sobe-mudiri-oten-il-buraxilis-imtahanlarinda-musbet-netice-gosterenlerin-sayi-17-faiz-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR