2019-cu ildə Ərdoğana qarşı 100 min... - Yeni ÇEVRİLİŞ PLANI

2019-cu ildə Ərdoğana qarşı 100 min... - Yeni ÇEVRİLİŞ PLANI
14:13 1 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyədə yeni bir müxalifət çıxacaq. Bu müxalifəti 2019-cu ilə hazırlayırlar”.

Publika.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mətin Külünk “Axşam” qəzetinə müsahibəsində deyib.

“O güc 2019-cu ildə Ərdoğanın qarşısına çıxacaq. Bəzilərinin 100 min imza (Türkiyə Konstitusiyasına edilən son dəyişikliklərə əsasən, prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5 faizini alan partiyalar və ya ən azı 100 min seçici namizəd göstərə biləcək –red.) toplamaq barədə indidən danışdıqlarını bilirəm. Bu işin içində olan adamın adını da bilirəm”, - millət vəkili bildirib.

O, Cümhuriyyət Xalq Partiyasının (CHP) son istifadə tarixinin gəldiyini, tarixi çöküş yaşayan bir partiya olduğunu söyləyib.

“15 iyul dövlət çevrilişinə cəhdi kim təşkil etdisə, işğal cəhdini kim qanuniləşdirmək üçün hələ də səy göstərirsə, kim agentlərini Türkiyəyə qeyri-hökumət təşkilatları, jurnalist və siyasətçi adı ilə göndərirsə, kim bu ölkəni içəridən sındırmaq üçün çalışırsa, o güc də odur. O güc 2019-cu ildə Ərdoğanın qarşısına çıxacaq”, - Mətin Külünk qeyd edib.

Qeyd edək ki, Türkiyə Konstitusiyasına edilən son dəyişikliklərə əsasən, prezident və parlament seçkiləri eyni vaxtda - 2019-cu ildə keçiriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR