Milli Məclisdə “Heydər Əliyev milli parlamentarzimin banisidir” mövzusunda “dəyirmi masa” keçirilib

Milli Məclisdə “Heydər Əliyev milli parlamentarzimin banisidir” mövzusunda “dəyirmi masa” keçirilib
14:42 1 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Milli Məclisində “Heydər Əliyev milli parlamentarzimin banisidir” mövzusunda “dəyirmi masa” keçirilib.
“Report”un xəbərinə görə, parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən komitə sədri Fuad Muradov deyib ki, gənclər Azərbaycanın quruculuq işində aktiv iştirak edirlər: “Hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyir. Hər birimizin borcudur ki, Azərbaycanın inkişafına töhvə verək. Ölkədə gənclərə böyük diqqət və qayğı göstərilir. Milli Məclisdə də gənclər aktiv iştirak edirlər, Gənclər və idman komitəsi fəaliyyət göstərir. İlk dəfə Milli Məclisdə 17 yaşımda olmuşam. O zaman düşünməzdim ki, gələcəkdə parlamentin üzvü olacam. Heydər Əliyev bu gün üçün çalışırdı. Azərbaycan indi güclü dövlətdir, heç kəs Azərbaycanla sərt tonda danışa bilməz”.
F.Muradov qeyd edib ki, hər bir vətəndaş bu cür firavan ölkədə qurduğuna görə ümummilli lider Heydər Əliyevə borcludur.
Deputat Məlahət İbrahimqızı bildirib ki, elə bir sahə yoxdur ki, ulu öndər Heydər Əliyev o sahəni inkişaf etdirməsin. Onun sözlərinə görə, Heydər Əliyevin müasir Azərbaycan parlamentinin yaranmasında böyük rolu olub. O xatırladıb ki, 2005-ci ilə qədər ölkədə maliyyə problemləri olub: “Azərbaycanda 2006-cı ildə 4 ay müddətində Milli Məclisin binası əsaslı təmir edildi. Burada hər bir şərait mövcuddur. Bütövlükdə Azərbaycanda gənclər üçün lazımi şərait yaradılıb”.
Sonra ümummilli Heydər Əliyevin çıxışlarından ibarət video-çarx nümayiş olunub.
Tədbir çıxışlarla davam etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisde-heyder-eliyev-milli-parlamentarzimin-banisidir-movzusunda-deyirmi-masa-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR