Azərbaycan prezidenti Qırğızıstandakı faciə ilə bağlı başsağlığı verdi

Azərbaycan prezidenti Qırğızıstandakı faciə ilə bağlı başsağlığı verdi
14:44 1 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.
 
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli Almazbek Şarşenoviç, Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR