Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes" markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyatı üzrə təhvil veriblər.
Milli.Az