BMK "TuranBank"a ticarət əməliyyatlarının riskini azaltmağa kömək edir

BMK "TuranBank"a ticarət əməliyyatlarının riskini azaltmağa kömək edir
18:38 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

"TuranBank" ASC-nin əməkdaşları Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) qlobal ticarət əməliyyatlarının maliyyələşdirilməsini daha səmərəli həyata keçirtməkdə banka yardım məqsədini daşıyan təlimlərini başa vurublar.

Bankdan Trend-ə verilən məlumata görə, BMK-nın Ticarətin Maliyyələşdirilməsi üzrə Qlobal Proqram məsləhət xidmətləri komandası 2014-cü ildə iştirakçılara beynəlxalq ticarət əməliyyatlarını başa düşməyə, bu zaman meydana çıxan risk və xərcləri azaltmaqla, ticarət və banklar arasında əlaqələri inkişaf etdirməyə imkan verən dörd ardıcıl təlim kursları keçirmişlər. Təlimlərin yekununda 36 iştirakçının hər biri sertifikat əldə edib.

Bu təlimlər TuranBank-a ticarətin maliyyələşdirilməsi sahəsində riskləri azaltmaq, kiçik beynəlxalq ticarətçilərə daha yaxşı həll yolları təklif etmək, fəaliyyətlərini genişləndirməkdə və yeni bazarlara daxil olmaqda onlara dəstək göstərməklə qlobal idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə təkan verəcək.

Bank BMK ilə 2009-ci ildən başlayaraq Korporativ İdarəetmə proqramı, daha sonra isə "Risklərin İdarə edilməsi" və "Kiçik və Orta Sahibkarlıq Bankçılığı" proqramları çərçivəsində əməkdaşlıq edib. 2014-cü ilin dekabr ayında bank və BMK arasında Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb.

Bu, bankın BMK ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank 2011-ci ildə BMK-dan MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2350740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR