Nazirlik: Azərbaycan MDB-də ll Dünya müharibəsi iştirakçılarına ən yüksək maddi yardım ödəyən ölkələrdəndir

Nazirlik: Azərbaycan MDB-də ll Dünya müharibəsi iştirakçılarına ən yüksək maddi yardım ödəyən ölkələrdəndir
15:27 1 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin olunması üçün maliyyələşdirmə işləri artıq başa çatdırılıb.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamında nəzərdə tutulan şəxslərə birdəfəlik maddi yardımların verilməsi üçün maliyyələşmə həyata keçirilərək müvafiq vəsaitlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib. Sərəncam ümumilikdə 13 312 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Qalan 12 549 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Həmin vətəndaşların hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncamda nəzərdə tutulan şəxslərə birdəfəlik maddi yardımlar avtomatlaşdırılmış qaydada onların pensiya üzrə plastik kart hesablarına köçürülüb. 
Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb. İkinci Dünya müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin müharibənin iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə hər il sərəncam imzalanır. Onlar üçün nəzərdə tutulan birdəfəlik yardımların məbləği də vaxtaşırı olaraq artırılır. Bu sahədə növbəti tədbir kimi, ötən ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılmaqla müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləği də MDB-yə üzv ölkələrdə həmin insanlara ödənilən müvafiq yardım məbləğlərindən ən yüksəyidir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycan-mdb-de-ll-dunya-muharibesi-istirakcilarina-en-yuksek-maddi-yardim-odeyen-olkelerdendir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR