Azərbaycan və Türkiyə arşında hərbi əməkdaşlıq
haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı
Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib.
Mayın 5-dək davam edəcək təlimlər Azərbaycanda keçirilir. Birgə
təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya
qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və
nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi
məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava
hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Publika.az xəbər verir ki, Azərbaycan və Türkiyənin birgə
təlimləri Ermənistanda narahatlıqla qarşılanıb.
Erməni ekspert Aram Sarukyan 16-21 aprel tarixində Azərbaycan
Ordusunun 30 min şəxsi heyət və yüzlərlə hərbi texnika ilə
keçirdiyi hərbi təlimləri xatırladaraq, Qarabağda müharibə
təhlükəsinin artdığını və Ermənistanı yaxşı gələcək gözləmədiyini
deyib.
A.Sarukyan Azərbaycanın keçirdiyi hərbi təlimlərin Ermənistanda
ciddi narahatlığa səbəb olduğunu da deyib.
Qeyd edib ki, bu təlimlərin Ermənistanla sərhəd bölgəsində
keçirilməsi də təsadüfi deyil.
“Bu, Ermənistana ciddi mesajdır”, - deyə o vurğulayıb.
Erməni politoloq Aleksandr Kananyan bildirib ki, hərbi təlimlərdə
Türkiyənin iştirakı Ermənistan üçün ciddi təhlükələrdən xəbər
verir: “Türkiyə və Azərbaycan qlobal planda birgə regional siyasət
aparan ölkələrdir. Ermənistan tərəfi bu təlimlərə xüsusi diqqət
ayırmalı, döyüş hazırlığını gücləndirməlidir. Çünki belə təlimlər
bir çox halda müharibənin müqəddiməsi olur. Türkiyə və Azərbaycanın
orduları güclüdür, müqayisədə Ermənistan zəifdir. Buna görə də
dalana dirənmiş Qarabağ danışıqları fonunda hər an nəsə baş verə
bilər”.
Asif