Avtomobillə vurulan 11 yaşlı yeniyetmə öldü

Avtomobillə vurulan 11 yaşlı yeniyetmə öldü
15:37 1 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb.  

Milli.Az report.az-a istinadən bildirir ki, aprelin 29-da avtomobillə vurulan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 29-da Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR