Azərbaycan millisinə ukraynalı və monqolustanlı qadın cüdoçular cəlb olunub

Azərbaycan millisinə ukraynalı və monqolustanlı qadın cüdoçular cəlb olunub
16:12 1 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandasının heyəti gücləndirilib. 
"Report"un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətə monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) cəlb olunub. 
Federasiyada yeni üzvlərlə keçirilmiş görüşdə vitse-prezident Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, millinin heyətinə yeni cüdoçuların cəlb olunması ölkədə qadın cüdosunun da inkişafına təkan verəcək.

















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-millisine-ukraynali-ve-monqolustanli-qadin-cudocular-celb-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR