“Nüvə müharibəsi heç vaxt olmadığı qədər...” - Pxenyandan XƏBƏRDARLIQ

“Nüvə müharibəsi heç vaxt olmadığı qədər...” - Pxenyandan XƏBƏRDARLIQ
16:13 1 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya nüvə güclərinin inkişaf templərini maksimal həddə sürətləndirəcək.

Publika.az xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

“Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında qarşıdurma yarım əsrdən çoxdur davam edir. Amma ABŞ-ın isteriyası heç vaxt belə səviyyəyə çatmayıb. Koreya yarımadasında vəziyyət heç vaxt olmadığı qədər nüvə müharibəsinə yaxındır”, - nazirliyin sözçüsü bildirib.

Daha əvvəl isə Şimali Koreya KİV-i regiondakı Amerika sualtı qayıqlarının hər hansı yanlış hərəkətə yol verəcəyi halda, həmin qayıqlar və digər döyüş vasitələrinin bir anda ərimiş metal parçalarına çevriləcəyini yazıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR