Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
16:36 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2748767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR