Bakıda “Mənfi sənsiz dərəcə” olacaq

Mayın 6-sı Aqşin Evrənin “Mənfi sənsiz dərəcə” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrında baş tutacaq mərasim saat 17:00-dan 19:00-a qədər davam edəcək.

Kitabda müəllifin son 10 ildə yazdığı seçmə şeirləri yer alıb.

Aqşin Evrənin kitabda yer alan şeirlərindən birini təqdim edirik:

Yaş köynəyin fotosu

İndi bütün gözləməklər qapında ölüb

Ta o gəlmir deyə, pəncərən kor qalıb,

qapın da ölüb...

Elə bil saçın da onu tapmaqçün

uzanır harasa... harasa gedir

Sənin bədəninin yarsı evdədir,

geyinib yarısı harasa gedir

Köynəyin ütüləyirsən əlin üşüyür

Atıb getmək istəyirsən ağrıyır ayaqqabın

Bilirsən, ömürdən doğma biri gedəndə

Üşüyüb tez evə girər çöl qapın...

Hə, asandı qab yumaq, yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,

indi bir az kirlidi

İndi xatirələrə toxunmaq onun yaş köynəyini

elektrik xəttindən asmaq kimidi.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR