“Regionda yeni münaqişə ocaqları yaranacaq” - Amerikalı generaldan PROQNOZ

“Regionda yeni münaqişə ocaqları yaranacaq” - Amerikalı generaldan PROQNOZ
17:08 1 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Avropa və Asiyadakı strateji mövqeyi və zəngin mədəniyyəti sayəsində dünyada ən güclü mövqelərdən birinə sahib olacaq”.

Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında NATO qoşunlarının Avropadakı sabiq komandanı, amerikalı generalı Uesli Klark söyləyib.

Onun sözlərinə görə, bu eyni zamanda Türkiyənin çətin sınaqlarla qarşı-qarşıya olduğu anlamına gəlir.

Mosulun İŞİD terror təşkilatından azad edilməsinin müəyyən vaxt aparacağını deyən general bildirib ki, İraqın ikinci ən böyük şəhərinin xilas edilməsi ilə İŞİD regional əsasını itirmiş olacaq. Lakin Uesli Klark hesab edir ki, Mosulun azad edilməsi İŞİD-in aradan qaldırıldığı anlamına gəlməyəcək.

General bölgədə yeni münaqişə ocaqlarının yarana biləcəyini istisna etmir:

“İran İraq, Suriya və Livanda təsirini saxlamağa çalışacaq. İranın siyasətinə qarşı müqavimət göstərdiyi müddətdə regionda şiddət və qarşıdurmalar olacaq".

Kürdlərin içindəki bəzi qrupların müstəqil dövlət qurmaq istədiklərini deyən amerikalı general bildirib ki, bu həm Türkiyə, həm İraq, həm də İrana təsir edəcək məsələdir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR