Almaniyada sərnişinlər təyyarədən təxliyyə olunublar

Almaniyada sərnişinlər təyyarədən təxliyyə olunublar
18:07 1 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Lufthansa" aviaşirkətinə məxsus "Bombardier CRJ-900LR" təyyarəsinin onlarla sərnişini Münhen hava limanında uçuşa dəqiqələr qalmış hava gəmisindən təxliyyə edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, laynerin mühərriki Frants-Yozef Ştraus adına Münhen hava limanının uçuş-enmə zolağında tüstülənməyə başlayıb.
Təyyarə Münhendən Paderborna daxili uşuş həyata keçirməyə hazırlaşıb. Amma mühərrikin tüstüləməsindən sonra göyərtədəki sərnişinlər dərhal təxliyyə olunublar.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-sernisinler-teyyareden-evakuasiya-olunublar1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR