"Milyonlarla insan ölə bilər"

ABŞ Şimali Koreyanı iqtisadiyyat və Çin üzərindən sıxışdırmağı hədəfləyir.

Metbuat.az bildirir ki, ABŞ prezidenti Donald Tramp bu gün verdiyi açıqlamasında problemin beynəlxalq həlli istiqamətində Çinin liderinin səylərindən danışıb O, müharibə olacağı təqdirdə milyonlarca insanın öləcəyini vurğulayıb.

Qeyd edək ki, Tramp Şimali Koreyanın son nüvə sınağından sonra rəsmi “Twitter” hesabından bu sözləri qeyd etmişdi:

“Şimali Koreya bu gün həyata keçirdiyi uğursuz nüvə sınağı ilə Çin və onun hörmətli prezidentinin arzusuna hörmətsizlik etdi”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR