Tramp Amerika kəşfiyyatına müharibə ELAN ETDİ

Tramp Amerika kəşfiyyatına müharibə ELAN ETDİ
19:33 1 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp amerikalıların xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi ilə mübarizənin başlandığını elan edib.

Publika.az xəbər verir ki, Tramp bu haqda CBS televiziya şirkətinə müsahibəsində bildirib.

“Hamı bu haqda danışır. Və bunu müzakirə etmək lazımdır. Düşünürəm ki, vətəndaşlarımızın çox ciddi dinlənilməsindən söhbət gedir. Bu, bir nömrəli məsələ olmalıdır. Biz həll yolu tapmalıyıq”, - ABŞ prezidenti deyib.

Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyatı üzrə komitəsinin başçısı Devis Nunes bildirib ki, Trampın özü əcnəbilərin adi izlənilməsi zamanı xüsusi xidmət orqanlarının “təsadüfi müşahidəsi” altına düşüb.

Tramp daha əvvəl isə onun telefon danışıqlarının dinlənilməsində keçmiş prezident Barak Obamanı ittiham etdi. Respublikaçı dövlət başçısı bunu ABŞ-ın keçmiş prezidenti Riçard Niksonla bağlı olan “Uotergeyt qalmaqalı”nın analoqu adlandırıb. Siyasi opponentlərin dinlənilməsi ilə başlayan “Uotergeyt qalmaqalı” Niksonun karyerasına son qoymuş, impiçment təhdidi altında istefaya getməyə məcbur olmuşdu.

FTB-nin direktoru Ceyms Komi Trampın ittihamlarını təsdiq etməsə də, Devis Nunes isə etiraf etdi ki, Trampın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən dinlənilməsi baş verirdi, amma bu, qanuni idi. Nunes dəqiqləşdirib ki, dinləmə seçkilərlə bağlı deyildi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR