Parkomata soxulan taxta: "Yazılan cərimə protokolları ləğv edilməlidir" - FOTO

Parkomata soxulan taxta: "Yazılan cərimə protokolları ləğv edilməlidir" - FOTO
19:37 1 May 2017
249 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əgər parkomatda problem varsa, işləmirsə, hansısa müdaxilə edilibsə, o zaman yol polisi həmin ərazidə saxlanılmış avtomobilə cərimə yaza bilməz".

Milli.Az bildirir ki, bu sözləri pressclub.az-a nəqliyyat üzrə ekspert, "Diqesta" hüquq firmasının sahibi Ərşad Hüseynov deyib.

O bildirib ki, əgər parkomatın qəpik atılan yerinə taxta soxulubsa, sürücünü cərimələyən polis ilk öncə parkomatın işləyib-işləməməsini yoxlamalıdır:

"Görəndə ki, parkomat hansısa səbəbdən işləmir, o zaman parkomatlara nəzarət edən quruma müraciət etməlidir, problem aradan qaldırılmalıdır. Bu hadisə ilə bağlı hansısa sürücüyə cərimə yazılıbsa, o zaman həmin protokol ləğv edilməlidir".

Qeyd edək ki, Bakı sakini Rüfət Qurbanov iddia edir ki, paytaxtda parkinq aparatlarına qəsdən taxta salırlar ki, ödəniş etmək mümkün olmasın. Nəticədə, yol polisləri gəlib avtomobilləri cərimələyirlər.

O, hətta dəqiq ünvanı da göstərib: "Artıq neçə gündür qarşılaşdığım bir problemdir. İnsanlar əziyyət çəkirlər. Deməli, parkinq aparatına qəsdən taxda salıblar ki, qəpik atmaq mümkün olmasın. Nəticədə də polislər "çeksiz" maşınların şəkillərini çəkib cərimələyir, protokol qoyub gedirlər. Rəşid Behbudov - Şamil Əzizbəyli 148 unvanındakı iki aparatın ikisi də belədir".

Onu da bildirək ki, məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə pressclub.az-a açıqlamasında bildirib ki, bu haldan xəbərsizdir:

"Mən araşdıracam, görüm orda nə baş verir. Amma bunun polisin etdiyini düşünmürəm. Belə iddia varsa absurddur. Özünüz düşünün, yol polisinin işi-gücü qurtarıb ki, belə şey etsin?! Bunu hansısa vətəndaş, ya uşaq etmiş olar. Bəlkə kimsə parkomata pul ödəməmək üçün bunu edib? Araşdırılıb məsələ həll ediləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR