Azərbaycanda unudulan adlar - Müşfiq, Hamlet, Nargilə, Məcnun... (ÖZƏL)

Azərbaycanda unudulan adlar - Müşfiq, Hamlet, Nargilə, Məcnun... (ÖZƏL)
19:43 1 May 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Trend Azərbaycanda son 5 il ərzində uşaqlara ən az qoyulan və unudulmaq üzrə olan adları müəyyənləşdirib.

Trend-in apardığı araşdırma zamanı məlum olub ki, vaxtilə məşhur olan adların bir çoxu bu gün uşaqlara olduqca az qoyulur. Son 5 ildə qoyulan bəzi belə adlarının sayı isə heç 50-ni ötüməyib.

Son 5 il ərzində Nuru 45, Nargilə 44, Nizam 43, Müşfiq 41, Tariyel 40, Əlikram 40, Əlibala 42, Hafizə 37, Xatın 35, Hamlet adı 31 uşağa qoyulub.

Bununla yanaşı, son 5 il ərzində Mütəllim 28, Yazgül 27, Bağır 26, Bağdagül 25, Xətai 24, Durna 24, Nəcməddin 24, Qələndər 22, Niyaməddin 21, Maisə 20, Həşim 19, Məcnun 18, Hətəm 17, Qəmbər 15, Vahab 15, Yağmur 12, Mürtəza 11, Tələt 11, İbadulla 9, Taliyə 9, Xəzangül 9, Qorqud 8, Müşgünaz 8, Vasim 7, Xələf 7, İltimas 6, Vahidə 6, Məmmədbağır 5, Varis 5, Nursən 4, Tacı 3, Fadil 1 nəfərə qoyulub.

Qeyd edək ki, son 5 il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan adlar siyahısında Yusif, Hüseyn, Əli, Ömər, Məhəmməd adları liderlik edir.

Son 5 ildə oğlanlara qoyulan adlar sırasında ilk 3 yeri tutan Yusif adı 16 802, Hüseyn adı 11 444, Əli 11 180 uşağa qoyulub.

Qızlara ən çox qoyulan adlar isə Zəhra, Nuray, Fatimə, Zeynəb, Aylin, Ayandır.

Qızlara qoyulan adlar sırasında ilk 3 yeri tutan Zəhra adı 15 782, Nuray 11 396, Fatimə 10 901 uşağa qoyulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2746385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR