Ömrünün 54 ilini xəstəxanada yatan pasiyent öldü - REKORD - FOTO

Ömrünün 54 ilini xəstəxanada yatan pasiyent öldü - REKORD - FOTO
19:53 1 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada ömrünün 54 ilini xəstəxanada keçirən pasiyent ölüb.

Publika.az xəbər verir ki, bu haqda “Metro” nəşri yazıb.

Ceyms Morris bu ilin martında həyatını itirib. Hər şey 1962-ci ildə başlanıb. Ceyms Morris həmin vaxt Şotlandiya atıcılıq alayında xidmət edirdi. Avtomobil qəzasında onun omba sümüyü sınıb. Onu əməliyyat üçün ingilis klinikasına göndəriblər. Onun xəstəxanaya çatdırılması zamanı fəsadlar artıb. Bundan başqa, əməliyyat çox da uğurlu keçməyib.

Bundan sonra onun səhhətində ciddi problemlər başlanıb və o, həmin vaxtdan klinikanı tərk etməyib. Bu müddət dünya rekordu hesab olunur.

Bəzən qohumlar ona baş çəkirdilər. Amma onlar etiraf edirdilər ki, xəstəxananın işçiləri və pasiyentləri Ceymsə ailəsi və qohumlarından daha yaxın olmuşdular.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR