Dünyanın ən yaşlı adamı vəfat etdi

Dünyanın ən yaşlı adamı vəfat etdi
19:57 1 May 2017
Ölkə mətbuatı
A- A+

İndoneziyada dünyanın ən yaşlı adamı 146 yaşında vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hamının Qoto baba kimi tanıdığı Saparmen Sodimenco aprelin əvvəlində səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada bir neçə gün qaldıqdan sonra o, evə buraxılmasını tələb etmişdi.

146 yaşında vəfat etməsinə baxmayaraq, dünyanın ən yaşlı adamı adı rəsmi şəkildə ona verilməmişdir. Belə ki, Qotonun dəqiq yaşını müəyyənləşdirmək qeyri-mümkündür. Çünki onun doğum tarixi 1900-cu ildən öncəyə təsadüf edir, İndoneziyada isə məhz həmin ildən doğulanların qeydiyyatı aparılmağa başlayıb.

Lakin 2014-cü ildə aldığı şəxsiyyət vəsiqəsində Qotonun doğum tarixi 1870-ci il qeyd edilib. Onun ömrü boyu siqaret çəkdiyi bildirilir.

Qotonun artıq 4 arvadı, bacı və qardaşları, övladları da dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR