Dərsliklərdə dəyişiklik ediləcək - VİDEO

Dərsliklərdə dəyişiklik ediləcək - VİDEO
20:47 1 May 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi dərsliklərdə dəyişiklik ediləcək. İlk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov məlumat verib. Nazir, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlandığını qeyd edib.

Nazir, bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.

Mikayıl Cabbarov uğurlu təhsil sisteminin məzunu və bunun əmək bazarındakı yeri məsələsinə də toxunub. O qeyd edib ki, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil.

Mikayıl Cabbarov məzunların uğurlu kadr olmaları üçün zəruri faktorları da sadalayıb.

O həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə memorandum imzalanması nəzərdə tutulur. Məqsəd əmək bazarı üçün lazımi kadrların hazırlanmasıdır.

Videonu izləmək üçün şəklə klikləyin:
Dərsliklərdə dəyişiklik ediləcək - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR