Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
21:32 1 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvanda avtomobil piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, naməlum avtomobil Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vurub.

Ağır kəllə-beyin travması alan A.Əliyev Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/540683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR