Ağsu sakininin həyətindən neft çıxdı - VİDEO

Ağsu sakininin həyətindən neft çıxdı - VİDEO
22:17 1 May 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu sakininin həyətindən neft çıxa bilər. Ev sahibi su quyusu qazarkən neft qoxusu gəlib. Quyudan neft çıxma ehtimalına görə qazıntı dayandırılıb.

Milli.Az bildirir ki, Ağsunun Ərəbmehdibəyli kəndində Qurban Orucov həyətində qazıntıya başlayıb. 2 ,5 metr qazılan quyudan qəribə qoxu gəlməsi hər kəsi təəcübləndirib. O, neft çıxma ehtimalına görə qazıntını dayandırıb.

Hər gün quyudan gələn qoxunun miqdarı artıb qazılan torpaqda nəmişlik yaranıb.
Əvvəllər də həyətdə bir neçə yerdə təxminən 5 metir dərinliyində bu cür quyu qazılıb, amma belə belə hal yaşanmayıb. Həyətin giriş hissəsində yerləşən quyunun sağ küncündə yumşaq və olduqca lilli yığıntı yaranıb.

Ev sahibi kənd icra nümayəndəliyinə məlumat verib. Quyudan torpaq götürülərək aidiyyatı qurumlara göndərilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağsu sakininin həyətindən neft çıxdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR