Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi - VİDEO

Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi - VİDEO
22:22 1 May 2017
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Pərvin Səfərov bu dəfə ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından "Nazəndə sevgilim yadıma düşdü" mahnısını oxudu.

Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.

Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Konservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Kanservatoriyada da təhsil alması üçün imkan yaradılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məlahətli səsi ilə internetdə məşhurlaşan çoban imtahan verdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR