Vitse-prezident: “Bu era artıq başa çatdı”

Vitse-prezident: “Bu era artıq başa çatdı”
22:43 1 May 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı strateji səbir erası başa çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens CBS televiziya şirkətinə müsahibəsində deyib.

“Biz Koreya Xalq Demokratik Respublikası ilə bağlı problemləri sülh yolu ilə həll etmək istəyirik. Amma strateji səbir erası başa çatıb”, - o bildirib.

Vitse-prezident xatırladıb ki, ABŞ əsrin dörddə birindən daha çox müddətdə danışıqlar aparıb və Pxenyanın nüvə proqramını inkişaf etdirməsinə səbrlə baxıb: “İndi bu arxada qalıb. Biz Koreya Xalq Demokratik Respublikasının iqtisadi və diplomatik təcridinə regiondakı müttəfiqlərimizi cəlb edirik”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR