Ağ Ev Tramp-Kim Çen In görüşü barədə açıqlama yaydı

Ağ Ev Tramp-Kim Çen In görüşü barədə açıqlama yaydı
22:44 1 May 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş bir çox şərtlərə əməl edilməsindən asılıdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

 

“Bir çox şərtlər yerinə yetirilməlidir, xüsusən Şimalı Koreya tərəfindən. Hələ ki görüş üçün şərait yetişməyib. Hazırda bu mümkünsüzdür”, deyə Ş.Spayser bildirib.

 

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp “Bloomberg”agentliyinə müdahibəsində münasib vəziyyətdə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR