"Hayat Şarkısı"nın aktrisası küçədə ayaqqabılarını çıxartdı və... - FOTO

"Hayat Şarkısı"nın aktrisası küçədə ayaqqabılarını çıxartdı və... - FOTO
22:57 1 May 2017
Ölkə mətbuatı
A- A+

"Hayat Şarkısı"nın aktrisası Burcu Biricik həyat yoldaşı Emre Yetkin ilə restoranlardan birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük restorandan çıxarkən gül satan bir neçə uşaq onların yanına gedib və gül almaqlarını xahiş edib. 

Burcu gül almasa da, amma ayaqqabılarını həmin uşaqlardan birinə verib.

Belə ki, uşaqlardan biri aktrisaya "Nə qəşəng ayaqqabıların var. Mənə ver" dedikdə, Biricik heç düşünmədən ayaqqabılarını çıxarıb və ona bağışlayıb.

Həmin görüntülər anbaan çıxışda olan jurnalistlər tərəfindən lentə alınıb. 

Qeyd edək ki, bu yaxınlarda Burcunun hamilə olduğu xəbəri yayılmışdı. O, bu məsələyə aydınlıq gətirərək, xəbərin doğru olmadığını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR