Məşhur HOLLİVUD PƏHRİZİ

Məşhur HOLLİVUD PƏHRİZİ
23:12 1 May 2017
348 Ölkə
Ölkə mətbuatı
A- A+

Belə hesab olunur ki, bu pəhriz həqiqətən Hollivud ulduzlarları üçün hazırlanıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pəhrizi 1-2 həftə ərzində saxlamaq olar.

Bundan artıq yox. Pəhriz ağır sayılır.

Pəhrizdən çıxdıqdan sonra müəyyən məhdudiyyətlərlə qidalanmalısınız ki, itirdiyiniz kilolar yenidən qayıtmasın.
1-ci gün
Günorta yeməyi: pomidor, 1 toyuq və ya 2 bildirçin yumurtası, 1 fincan yaşıl çay.
Şam yeməyi: kələm və xiyardan salat, 1 toyuq və ya 2 bildirçin yumurtası, yarım qreypfrut.
2-ci gün
Günorta yeməyi: qreypfrut, 1 toyuq və ya 2 bildirçin yumurtası, 1 fincan yaşıl çay.
Şam yeməyi: 200 qr bişmiş azyağlı mal əti, xiyar, 1 fincan yaşıl çay.
3-cü gün:
Günorta yeməyi: kələm və xiyar salatı, 1 toyuq və ya 2 bildirçin yumurtası, 1 fincan yaşıl çay.
Şam yeməyi: 200 qr bişmiş azyağlı mal əti, xiyar, yaşıl çay.
4-cü gün:
Günorta yeməyi: kələm və xiyar salatı, qreypfrut, yaşıl çay.
Şam yeməyi: toyuq və ya 2 bildirçin yumurtası, 200 qr yağı az olan kəsmik, yaşıl çay.
5-ci gün:
Günorta yeməyi: 1 toyuq və ya 2 bildirçin yumurtası, kələm və xiyardan salat, yaşıl çay.
Şam yeməyi: 200 qr bişmiş balıq, kələm və xiyardan salat, yaşıl çay.
6-cı gün:
Günorta yeməyi: meyvə salatı (alma, portağal və qreypfrut)
Şam yeməyi: 200 qr bişmiş azyağlı mal əti, kələm və xiyardan salat, yaşıl çay.
7-ci gün:
Günorta yeməyi: 200 qr bişmiş toyuq, kələm və xiyar salatı, yaşıl çay.
Şam yeməyi: 200 qr bişmiş azyağlı mal əti, kələm və xiyardan salat, yaşıl çay.
Gün ərzində 1,5 l təmiz su içmək lazımdır. Şirniyyatlar, şəkər qidalanmadan tam çıxarılır.
Bu pəhrizin köməyi ilə 1 həftə ərzində 4-5 kq və hətta bundan artıq arıqlamaq mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/540442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR