Sağlam ürəyin başlıca sirri

Sağlam ürəyin başlıca sirri
00:05 2 May 2017
219 Ölkə
Ölkə mətbuatı
A- A+

"Endocrinology & Metabolism" jurnalında ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin əməkdaşları tərəfindən aparılmış təcrübələrin nəticələri dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu eksperimentlər nəticəsində həkimlər ürək-damar sistemi xəstəliklərinin yeni müalicə üsuluna nail olublar.

Tədqiqatın müəllifləri 20 il ərzində 10 mindən çox yaşlı kişi və qadının səhhəti barədə məlumatları təhlil ediblər. Məlum olub ki, paralel olaraq D vitamini qəbulu və müntəzəm fiziki hərəkətlər ürək əzələsinə bilavasitə təsir göstərir. Onların kompleksi insult və ürəktutmasının başvermə ehtimalını aşağı salmağa kömək edir.

Qeyd edək ki, təxminən eyni vaxtda Kanberra Universitetindən avstraliyalı alimlər xüsusilə yaşlı adamların həyatında sadə fiziki hərəkətlərin vacibliyini bildiriblər.

Mütəxəssislər 50 yaşdan yuxarı adamların beyin sağlamlığına təsir edən amilləri nəzərə alaraq deyirlər ki, ciddi enerji sərfinə səbəb olmayan fiziki hərəkətlər yaşla əlaqədar koqnitiv pozulmaların qarşısını almaqda kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/540538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR