Holifildin oğlu həbs olundu

Holifildin oğlu həbs olundu
00:48 2 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Boks üzrə superağır çəkidə keçmiş dünya çempionu Evander Holifildin oğlu Elayya Holifild narkotik maddə saxlama ittihamı ilə həbs olunub.

"Report"un məlumatına görə, ABŞ-ın Corciya ştatı universitetinin polisi onu mayın 1-də saxlayıb. Oğul Holifildin marixuana və narkotik maddələrin istifadəsi ilə əlaqədar predmetlər saxladığı bildirilir. Tezliklə o, girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Elayya Holifild Amerikan futbolu üzrə universitet komandasında çıxış edir. Ştatın qaydalarına əsasən, o, ilk qayda pozuntusu səbəbindən 1 oyunluq diskvalifikasiyaya məruz qalacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR