Premyer Liqa:

İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun qapanış matçında "Liverpul" "Uotford"un qonağı olub.

Oyunun taleyini bir qol həll edib. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə fərqlənən Əmrə Can "Liverpul"a 3 xal qazandırıb.

İngiltərə Premyer Liqası

35-ci tur

"Uotford" - "Liverpul" - 0:1

Qol: Can, 45+2

35 oyundan sonra aktivində 69 xalı olan "Liverpul" 3-cü pillədə qərarlaşıb. "Uotford" isə 40 xalla 13-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR