Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi ölüb

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi ölüb
04:37 2 May 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Kolumbiya prezidenti Xuan Manual Santos təyyarə qəzasında 8 hərbçinin həlak olduğunu bildirib.
"Report"un məlumatına görə, prezident bununla bağlı Twitterdə yazıb.
"Biz Kolumbiya ordusunun təyyarəsinin Kundinamarkdakı insidentinin qurbanlarının yaxınları ilə həmrəyik, 8 insan həyatını itirib" – deyə prezident Twitterdə yazıb.
Xilasetmə xidmətinin ilkin məlumatına görə, qəzaya uğrayan "Cessna Caravan" təyyarəsidir. O, Tolima departamentindəki hərbi bazadan paytaxtın şimalındakı rayona uçurmuş.
" Tiempo" portalının xəbərinə görə, təyyarənin telekommunikasiya anteninə çırpılması barədə məlumatlar yayılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-herbi-teyyarenin-qezaya-ugramasi-neticesinde-8-herbci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR