Bakıda evdə YANĞIN - ev sahibi diri-diri yandı

Bakıda evdə YANĞIN -  ev sahibi diri-diri yandı
04:54 2 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanlb.

 

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR