Çempionlar Liqasında Madrid derbisi - YENİLƏNİR

Çempionlar Liqasında Madrid derbisi - YENİLƏNİR
07:37 2 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək.

Çempionlar Liqasının son qalibi "Real" turnirin son finalçısı "Atletiko"nu qəbul edəcək. "Real" ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdi. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında "Atletiko" rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə "Real" rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.

La Liqanın cari mövsümündə "Real" və "Atletiko" arasında keçirilmiş 2 görüşdən birində "kral klubu" qələbə qazanıb, digərində isə digərində isə heç-heçə (1:1) qeydə alınıb.

Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. "Atletiko" səfərdə "Las Palmas"ın qapısından 5 cavabsız top keçirib, "Real" isə öz meydanında "Valensiya"nı 2:1 hesabı ilə üstələyib. 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

22:45. "Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR