Smartfonu 5 dəqiqəyə enerji ilə dolduracaq

Smartfonu 5 dəqiqəyə enerji ilə dolduracaq
07:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

İxtiraçı Yakob Bey "Kickstarter" platformasında smartfonu 5 dəqiqə müddətində enerji ilə doldurmaq qabiliyyətinə malik "Zeus Hybrid" adlı xarici akkumulyator təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Zeus Hybrid" akkumulyatorunun tutumu 6000 milliamper/saat təşkil edir. Əvvəllər yalnız sənaye məqsədləri naminə istifadə edilən karbondan hazırlanmış superkondensatorlardan istifadə nəticəsində sürətli enerjidoldurma mümkün olub. Adi litium-ion akkumulyatorları ilə müqayisədə superkondensatorlar bir sıra üstünlüklərə malikdir. Məsələn, "Zeus Hybrid" akkumulyatorunun köməyi ilə smartfonu 20 il ərzində enerji ilə doldurmaq mümkün olacaq, çünki o, adi akkumulyatorlarla müqayisədə 100 dəfə çox enerjidoldurma dövrünə malikdir.

"Zeus Hybrid" qurğusunu "Kickstarter" platformasından təxminən 60 dollara sifariş etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/540221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR