Abşeronda evə basqın еtmiş quldurlar 64 yaşlı qadını döyərək onu soyublar

Abşeronda evə basqın еtmiş quldurlar 64 yaşlı qadını döyərək onu soyublar
08:07 2 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Abşeronda naməlum şəxslər evə basqın edərək ev sahibəsini soyublar.
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsi 71 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən iki naməlum şəxs həmin ünvandakı mənzilin qapısını döyərək özlərini ev sahibəsinə qonşuluqdakı evin ustaları kimi təqdim ediblər.
Ev sahibəsi, 64 yaşlı Abbasova Dürdanə Abbas qızı mənzilin qapısını açdıqda naməlum şəxslər ona hücum edərək qadını döyüblər. Quldurlar daha sonra qadının əl-qollarını bağlayaraq evi talan etməyə başlayıblar. Cinayətkarlar evdən 400 manat pul, qadının protez dişini, mobil telefonunu və gümüş əşyalarını götürərək mənzili tərk ediblər. 
Faktla bağlı araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-eve-basqin-eden-namelum-sexsler-64-yasli-qadini-doyerek-onu-soyublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR