2016-cı ilin payızının ortalarında "Facebook" şirkəti yeni "Messenger Lite" proqramını istifadəyə verib, ancaq bu yenilikdən yalnız 5 ölkədə istifadə etmək mümkün olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Messenger" bölməsinin rəhbəri Devid Markus bildirib ki, proqram inkişaf etdirilib və 150 ölkədən olan istifadəçilərin istifadəsinə verilib. Bu ölkələrin arasında bütün Avropa, həmçinin Kolumbiya, Vyetnam, Əlcəzair, Nigeriya, Peru, Yaponiya və digərləri var.
"Messenger Lite" proqramı "Facebook" korporasiyası tərəfindən kiçik yaddaşa, qoşulmada aşağı sürəti olan və ya zəif prosessora malik cihazlar üçün hazırlanaraq nəzərdə tutulub. Bu kateqoriyaya 2009-2011-ci illərdə istehsal edilən telefonlar daxildir.
"Messenger" daha rahat versiyaya sahibdir və müasir smartfonlar üçün tərtib edilib. Ancaq bütün lazımı funksiyaları mövcuddur. Misal üçün, onunla məlumat, şəkil, link almaq və göndərmək mümkündür, həmçinin stikerləri də var. Əlavəni pulsuz olaraq "Google Play"də yükləmək mümkündür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində