Əfqanıstanın Çaparxar rayonunda İŞİD terror qruplaşmasının üzvləri "Taliban" radikal hərəkatının üzvlərinin düşərgəsinə hücum ediblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində 21 "Taliban" üzvü, 7 İŞİD üzvü və 3 dinc sakin həlak olub, 5 nəfər isə yaralanıb.
Qeyd edək ki, 4 gün əvvəl İŞİD terror qruplaşması və "Taliban" radikal hərəkatının üzvləri arasında baş verən toqquşmalar nəticəsində, 76 "Taliban" üzvü və 15 İŞİD üzvü ölüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində