Bakıda tələbə qızlar arasında baş vermiş davada 1 nəfər xəsarət alıb

Bakıda tələbə qızlar arasında baş vermiş davada 1 nəfər xəsarət alıb
08:52 2 May 2017
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb.
Belə ki, 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-telebe-qizlar-arasinda-bas-vermis-davada-1-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR