Dünya birjalarında neft ucuzlaşıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,20% azalaraq 48,74 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,10% azalaraq 51,47 dollar olub.
Neftin ucuzlaşmasına ABŞ və Liviyada hasilatın artması səbəb olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində