Şəkidə 2 uşaq anası özünü öldürmək istədi

Şəkidə 2 uşaq anası özünü öldürmək istədi
09:32 2 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə iki uşaq anası intihara cəhd edib.

Milli.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 06.00 radələrində rayonun Baş Zəyzid kənd sakini, 1983-cü il təvəllüdlü Şəlalə Paşa qızı Xəlilova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Məlum olub ki, iki uşaq anası olan Şəlalə Xəlilova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Şəlalə Xəlilovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR