Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18.05.2017-ci il tarixdə saat 11:00-da Xidmətin Kürdəmir rayon şöbəsində Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Metbuat.az bildirir ki, qəbula yazılmaq istəyən vətəndaşların 15.05.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhərvərayonşöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR