Turan İbrahimovun verilişi bağlandı - AÇIQLAMA

Turan İbrahimovun verilişi bağlandı -  AÇIQLAMA
10:12 2 May 2017
386 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparıcılığını Turan İbrahimovun etdiyi "ATV səhər" verilişinin yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş artıq bir neçə gündür ki, efirə getmir.

T.İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, bu, rəhbərliyin qərarıdır:

"Mövsümün bitməsinə, onsuz da, az vaxt qalıb. Buna görə də rəhbərlik qərar verdi ki, proqramı bir ay əvvəldən dayandıraq. Amma ATV-dəki fəaliyyətim davam edir. "ATV səhər"in kollektivi də işindədir. Başqa bir problem yoxdur".

Qeyd edək ki, T.İbrahimov verilişin həm də layihə rəhbəri idi. Aparıcı həm də telekanalda "ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentinin rəhbəridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR