İlk türk helikopteri nümayiş olunacaq

İlk türk helikopteri nümayiş olunacaq
10:43 2 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 9-da Türkiyənin ilk T-625 helikopteri İstanbulda IDEF Müdafiə və Aviasiya Sərgisində nümayiş olunacaq.

Publika.az xəbər verir ki, helikopterin dizayn və istehsalı TUSAŞ şirkəti tərəfindən işlənib. Onun ilk sınaq uçuşunun 2018-ci il sentyabrın 6-da, yerli vaxtla səhər saat 06:00 da keçiriləcəyi planlaşdırılır.

Sərgidə pilot və 12 sərnişin yeri olan T-625 helikopterinin "mock-ub" olaraq adlandırılan test modeli nümayiş etdiriləcək. T-625 həm hərbi, həm də mülki ehtiyacların ödənilməsi istiqamətində nizamlanıb. İki mühərrikə və 5 ton qalxış ağırlığına sahib olacaq.

Bu helikopterlər Türk Silahlı Qüvvələrinin (ASK) hazırda istifadə etdikləri UH-1h nəqliyyat helikopterlərinin yerini alacaq.

Onların gələcəkdə polis, təcili tibbi yardım və axtarış-xilas etmə modellərinin də hazırlanacağı nəzərdə tutulub.

T-625 helikopteri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin sertifikatına malik olacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR