“Qızıl Kəlmə” mükafatı qaliblərə təqdim olunub

“Qızıl Kəlmə” mükafatı qaliblərə təqdim olunub
11:02 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Report"un məlumatına görə, mükafatların təqdim olunma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Qızıl kəlmə” ədəbiyyat mükafatı artıq cəmiyyətdə özünə layiqli yer tutub: "Mükafatın nominasiyalarının sayını artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən dərəcədə təkan vermək istədik. Qaliblərin hamısını təbrik edirəm, onlara uğurlar arzulayıram. Əminəm ki, mükafat alan əsərlər geniş ictimaiyyətə çatdırılacaq, oxucu kütləsi tərəfindən maraqla oxunacaq və kitabxanalara təqdim olunacaq “.
Sonra yazıçı və şairlər, ədəbiyyatşünas ailmlər, incəsənət xadimləri çıxış ediblər. 
Sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və 2017-ci il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.
Qeyd edək ki, bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.
Mükafatın qalibləri aşağıdakı kimi müəyyən edilib:
Nəsr əsərləri nominasiyası üzrə
Sona Vəliyeva.“İşığa gedən yol” kitabı
Vaqif Nəsib.“Sənsizlik, mənsizlik, onsuzluq” romanı
Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı
Poeziya əsərləri nominasiyası üzrə
Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı
Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri
Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə
Bəsti Əlibəyli. “İkinci mətn” kitabı
Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı
Orijinaldan bədii tərcümə əsərləri nominasiyası
Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı
Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə
Zahid Xəlil. “Ağ leyləklər” kitabı
Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” mükafatı
Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı
Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı



























Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/qizil-kelme-mukafati-qaliblere-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR