Ceyhan limanından nəql olunan neftin həcmi açıqlanıb

Ceyhan limanından nəql olunan neftin həcmi açıqlanıb
11:15 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprel ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki,

Aprel ayı ərzində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 milyon 39 min 435 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR